Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

  • Main page
  • Master plan of Baku
  • URBAN EXPO sərgisində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işl...
URBAN EXPO sərgisində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri təqdim olunub
URBAN EXPO sərgisində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri təqdim olunub

Ümumdünya Şəhər Forumunun (WUF) 11-ci sessiyası çərçivəsində Katovitse Beynəlxalq Konqres Mərkəzində iştirakçı ölkə, BMT qurumları, qeyri-hökumət təşkilatları və ali təhsil müəssisələrinin urbanizasiya mövzusunda “URBAN EXPO” sərgisi təşkil olunub.

Azərbaycan stendi işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə, infrastrukturun yenidən qurulmasına və orada rahat yaşayış şəraitinin yaradılmasına həsr olunub. Stenddə, həmçinin Azərbaycanın müasir şəhərsalma sahəsində təcrübəsi, ölkənin turizm potensialına dair videoçarxlar, məlumatlandırıcı broşür və kitablar nümayiş etdirilir. Stend Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanıb.

BMT-nin Məskunlaşma Proqramının (UN HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif sessiya çərçivəsində Azərbaycan stendinə baş çəkib, burada nümayiş olunan materiallar və Qarabağda aparılan quruculuq işlərinə dair videoçarxlarla tanış olub. O, sessiyada və sərgidə fəal iştirakına görə Azərbaycan tərəfinə təşəkkür edib.

Stendin ziyarətçilərinə erməni işğalının dağıdıcı nəticələrini əks etdirən videoçarxa baxmaq, həmçinin bu ərazilərdə aparılan tikinti və bərpa işləri barədə məlumat əldə etmək imkanı yaradılıb. Stendə Azərbaycan kulinariya nümunələri və digər milli məhsullar təqdim olunub.

Azərbaycan stendi Ümumdünya Şəhər Forumunun XI sessiyasının sərgisini ziyarət edənlərin böyük marağına səbəb olub.



All news