Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərlik etdiyi “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupunun 15 dekabr saat 15:00-da növbəti onlayn iclası keçiriləcək.

İşçi qrupunun 2021-ci ilin yekunlarına həsr olunacaq iclasında Fəaliyyət Planı üzrə icrası davam edən tədbirlərin mövcud vəziyyəti, potensial sifarişçilərin, eləcə də İT şirkətlərin iştirakı ilə “Bir pəncərə” electron sisteminin funksionallığı ilə bağlı keçirilmiş görüşün nəticələri barədə məlumat veriləcək. Bununla yanaşı, iclasda 2021-ci il ərzində işçi qrup çərçivəsində görülmüş işlər barədə məruzələr dinlənəcək, habelə 2022-ci il üçün Fəaliyyət Planının yekun layihəsi müzakirə olunacaq.

Ətraflı məlumat üçün keçid: “Tikintiyə icazələrin verilməsi” işçi qrupunun iclası (azranking.az)