Anar Quliyev Forum çərçivəsində Nazirlər Toplantısında iştirak edib
Qahirədə keçirilən 12-ci Ümumdünya Şəhərsalma Forumu çərçivəsində təşkil olunan Nazirlər Toplantısında çıxış edən Anar Quliyev Azərbaycanın Yeni Şəhər Gündəliyi və Davamlı İnkişaf Məqsədlərinə sadiqliyini bir daha vurğulayıb.
O, həmçinin COP29 çərçivəsində irəli sürüləcək “MAP” təşəbbüsünün (Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət Yolları) əhəmiyyətinə və bu kontekstdə təsis olunacaq Bakı Davamlılıq Koalisiyasının roluna diqqət çəkərək bildirib ki, bu, COP və WUF platformaları arasında sinerjinin təmin olunmasına mühüm töhfələr verəcək.