Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

  • Main page
  • Media
  • News
  • Anar Quliyev “Sahibkarlar günü”nə həsr olunan tədbirdə çıxış edib
Anar Quliyev “Sahibkarlar günü”nə həsr olunan tədbirdə çıxış edib
Anar Quliyev “Sahibkarlar günü”nə həsr olunan tədbirdə çıxış edib

İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar günü”nə həsr olunmuş “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilib.

 

Tədbirdə iştirak edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev öz çıxışında sahibkarlığın şəhərlərin inkişafında, innovasiyaların təşviqində və dayanıqlı şəhər mühitinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

 

O qeyd edib ki, güclü şəhərlər məhz güclü sahibkarlıq ekosistemi əsasında formalaşır. Bu baxımdan dövlət və özəl sektor arasında əməkdaşlıq Azərbaycanın müasir, rəqabətqabiliyyətli və insanmərkəzli şəhər gələcəyinin əsas dayaqlarından biridir.

 

Anar Quliyev həmçinin bildirib ki, qarşıdan gələn WUF13 beynəlxalq platforması bu əməkdaşlığın daha da genişlənməsi və yeni tərəfdaşlıqların qurulması üçün yeni imkanlar yaradacaq.



All news