Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

  • Main page
  • Media
  • News
  • Azərbaycan Qarabağın dayanıqlı şəhərsalma təcrübəsini Filippində keçirilən Forumda təqdim edib
Azərbaycan Qarabağın dayanıqlı şəhərsalma təcrübəsini Filippində keçirilən Forumda təqdim edib
Azərbaycan Qarabağın dayanıqlı şəhərsalma təcrübəsini Filippində keçirilən Forumda təqdim edib

27-30 may 2025-ci il tarixlərində Asiya İnkişaf Bankının (AİB) Filippinin paytaxtı Manila şəhərində “Suyun dəyəri və Asiya-Sakit Okean regionunda həyat şəraitinin yaxşılaşdırılması” mövzusunda Asiya Su və Şəhər İnkişafı Forumu (AWUF2025) keçirilib.

 

Tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İşğaldan azad olunmuş ərazilərdə layihələrin idarə edilməsi şöbəsinin müdiri Ramil Cahangirov da təmsil olunub. O, dayanıqlı şəhərsalma, su resurslarının səmərəli idarə olunması, gələcək şəhər məkanlarının planlaşdırılması və əlçatan, inklüziv mənzil təminatı mövzularına həsr olunmuş panel sessiyalar və müzakirələrdə iştirak edib.

 

Forum çərçivəsində Azərbaycan nümayəndə heyəti və AİB-nin Su və Şəhərsalma Məsələləri üzrə Regional Direktoru xanım Jinqmin Huanq arasında görüş baş tutub. Görüşdə Ramil Cahangirov “Böyük Qayıdış” Proqramının icrası barədə ətraflı məlumat verib. Tərəflər davamlı şəhərsalma sahəsində Azərbaycan ilə AİB arasında əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər. Həmçinin 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) da xüsusi diqqət yetirilib. AİB tərəfi bu əlamətdar tədbirin keçirilməsi ilə bağlı fəal iştirakda maraqlı olduğunu bildirib.



All news