Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

  • Main page
  • Media
  • News
  • Bakı Dövlət Layihə İnstitutu tərəfindən layihələndirilən Qaraxanbəyli kəndinin təməli qoyulub
Bakı Dövlət Layihə İnstitutu tərəfindən layihələndirilən Qaraxanbəyli kəndinin təməli qoyulub
Bakı Dövlət Layihə İnstitutu tərəfindən layihələndirilən Qaraxanbəyli kəndinin təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sentyabrın 14-ü təməli qoyulmuş Füzuli rayonunun Qaraxanbəyli kəndi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəzdində Bakı Dövlət Layihə İnstitutu tərəfindən layihələndirilib.

 

Gələn il yekunlaşdırılması nəzərdə tutulan 1-ci mərhələdə 87 hektar ərazidə 404 ailənin (1861 nəfərin) köçürülməsi məqsədilə 81 iki, 202 üç, 101 dörd, 20 beşotaqlı olmaqla ümumilikdə 404 fərdi evin inşası planlaşdırılır. Kənddə sosial infrastrukturun, o cümlədən inzibati və xidmət binalarının, məktəbin, uşaq bağçasının, tibb məntəqəsinin inşası, 16 kilometrə yaxın daxili yollar’ın, həmçinin elektrik, qaz və su xətlərinin çəkilməsi planlaşdırılır.

 

2027–2030-cu illəri əhatə edəcək 2-ci mərhələ 230 hektara yaxın ərazidə icra olunacaq. Bu mərhələdə 1075 ailənin (4093 nəfərin) köçürülməsi məqəsdilə 771 fərdi evin (iki, üç, dörd və beşotaqlı) və iki-üçmərtəbəli yaşayış binalarının inşası nəzərdə tutulur. Fərdi evlər və aşağı mərtəbəli çoxmənzilli evlərin tikiləcəyi kənd layihəsi ümumilikdə 6000 nəfərə yaxın əhaliyə hesablanıb.

 

Əhalinin və evlərin sayı kəndin 20 illik perspektiv inkişafı nəzərə alınmaqla müəyyən edilib.



All news