BMT-nin baş katibinin müavini, UNECE-nin icraçı katibi xanım Tatyana Molçan ilə görüşüb
Komitə sədri Anar Quliyev UNECE-nin Cenevrədə keçirilən 86-cı sessiyası çərçivəsində BMT-nin baş katibinin müavini, UNECE-nin icraçı katibi xanım Tatyana Molçan ilə görüşüb.
Görüşdə Azərbaycanın mənzil və şəhərsalma sahəsində milli strategiyaları BMT-nin 2030-cu il Gündəliyi və Dayanıqlı Mənzil üzrə Cenevrə Xartiyasının müddəaları kontekstində müzakirə olunub. Həmçinin mənzil siyasəti və ərazi planlaşdırılması istiqamətində aparılan islahatlar, o cümlədən rəqəmsallaşma, “yaşıl” tikinti və münaqişədən sonra Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri barədə fikir mübadiləsi aparılıb.
Anar Quliyev həmçinin UNECE-nin regionda mənzil və şəhərsalma gündəliyinin irəliləyişində göstərdiyi təşəbbüsləri yüksək qiymətləndirib, bu sahədə daha sıx əməkdaşlıq barədə razılığa gəlinib.