Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

  • Main page
  • Media
  • News
  • Dövlət Şəhərsalma və Arxitektura Komitəsi neft və neft məhsulları anbarlarının layihələndirilməsi...
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi neft və neft məhsulları anbarlarının layihələndirilməsi üzrə yeni normaları təsdiq edib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi neft və neft məhsulları anbarlarının layihələndirilməsi üzrə yeni normaları təsdiq edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası yeni, genişləndirilən və yenidən qurulan neft və neft məhsulları anbarlarının layihələndirilməsi üçün vahid məcburi tələbləri müəyyən edən “Neft və neft məhsulları anbarları. Layihələndirmə normaları” adlı texniki normativ hüquqi aktı təsdiq edib.

 

Sənəd neft və neft məhsulları anbarlarının yaşayış məntəqələri, nəqliyyat və mühəndis infrastrukturu obyektləri ilə münasibətdə təhlükəsiz yerləşdirilməsinin təmin edilməsinə, habelə bu obyektlərin ətraf mühitə mümkün təsirinin minimuma endirilməsinə xidmət edir.

 

Normativ sənəddə yanğın və ekoloji təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib. Layihələndirmə zamanı yanğınların baş verməsinin və yayılmasının qarşısının alınmasına yönəlmiş mühəndis həllərinin tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, ətraf mühitə təsirin qiymətləndirilməsinin (ƏMTQ) nəticələrinin nəzərə alınması, torpağın, su obyektlərinin və atmosfer havasının mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsi ilə bağlı tələblər müəyyən edilib.

 

Yeni normaların qüvvəyə minməsi ilə Azərbaycan Respublikasının ərazisində əvvəllər tətbiq edilən СНиП II-106-79 “Neft və neft məhsulları anbarları” normativ sənədinin qüvvəsi dayandırılır.

 

Layihələndirmə normaları ilə aşağıdakı linkə keçid edərək tanış ola bilərsiniz:
https://bit.ly/Neftvəneftməhsullarıanbarları



All news