Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

  • Main page
  • Media
  • News
  • Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri BMT-nin İnkişaf Proqramının nümayəndəsini qəbu...
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri  BMT-nin İnkişaf Proqramının nümayəndəsini qəbul edib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri BMT-nin İnkişaf Proqramının nümayəndəsini qəbul edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan üzrə müvəqqəti işlər vəkili Suxrob Xojimatovu qəbul edib.

Görüşdə Komitə tərəfindən ölkəmizdə aparılan şəhərsalma fəaliyyəti, dayanıqlı şəhər mühitinin formalaşdırılması istiqamətində görülən işlər, tikinti sektorunda tətbiq edilən rəqəmsallaşdırma prosesi, həmçinin şəhərsalmaya dövlət nəzarəti və ictimai təsirin gücləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Qəbul  zamanı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında şəhərsalmaya dövlət nəzarəti sisteminin elektronlaşdırılmasına dair həyata keçirilən işlərdən danışılıb, müxtəlif  sahələrdə perspektiv əməkdaşlıq imkanları müzakirə edilib.



All news