Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Sabirabad şəhərində vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaş qəbulları davam etdirilir. Növbəti qəbul 23 sentyabr tarixində Sabirabad şəhərində keçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstəsi qoyularaq xatirəsi ehtiramla yad edilib.
Mərkəzdə keçirilən qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, Komitənin fəaliyyət istiqamətlərinə aid olan müvafiq müraciətlərdən bəziləri yerində müzakirə edilərək həlli yolları izah olunub, digərləri isə araşdırılaraq həll edilməsi üçün aidiyyəti üzrə yönləndirilib.