Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

Komitə sədri Biləsuvarda vətəndaşları qəbul edib
Komitə sədri Biləsuvarda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev aprelin 15-də Biləsuvarda Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Cəlilabad, Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib.

 

Vətəndaş qəbulu zamanı müraciətlər dinlənilib, torpaq ayrılması, şəhərsalma və tikinti normalarına uyğun icazə prosedurları ilə bağlı məsələlər müzakirə olunub.

 

Eyni zamanda, Komitə tərəfindən yaradılan Elektron Tikinti Portalı (e-tikinti.gov.az) barədə məlumat verilib.



All news