Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

  • Main page
  • Media
  • News
  • Komitə sədri Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Komitə sədri Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Komitə sədri Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Yanvarın 30-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev ilə faydalı və səmimi görüş keçirib.

 

Görüş zamanı şəhərsalma sahəsində Azərbaycan-Ukrayna əməkdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

 

Həmçinin Ukrayna tərəfinin Azərbaycan Milli Şəhərsalma Forumlarında fəal iştirakı, eləcə də Ukraynanın 2026-cı ilin may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda iştirak imkanlarından söz açılıb.



All news