Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

  • Main page
  • Media
  • News
  • Tikintiyə icazələrin verilməsi indikatoru üzrə növbəti ilin Yol Xəritəsi müzakirə edildi
Tikintiyə icazələrin verilməsi indikatoru üzrə növbəti ilin Yol Xəritəsi müzakirə edildi
Tikintiyə icazələrin verilməsi indikatoru üzrə növbəti ilin Yol Xəritəsi müzakirə edildi

22 dekabr 2022-ci il tarixində “Biznesin yerləşdiyi yer (tikintiyə icazələrin verilməsi)” indikatoru ilə bağlı təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin təqdimatı keçirilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərlik etdiyi “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupunun onlayn iclasında bildirilib ki, təqdim edilmiş sənəd Dünya Bankının “Əlverişli Biznes Mühiti” layihəsi çərçivəsində hazırlanıb.
Yol Xəritəsində şəhərsalma üzrə qaydaların təkmilləşdirilməsi, tikinti ilə əlaqədar icazələrin əldə olunmasında dövlət xidmətlərinin səmərəliliyinin artırılması və informasiya şəffaflığının təmin edilməsi məsələləri prioritet istiqamət olaraq götürülüb. Həmçinin sənəddə şəhərsalma və tikintiyə dair normativ sənədlərin qabaqcıl beynəlxalq təcrübəyə uyğun şəkildə tərtib olunması, “Yaşıl binalar” və “yaşıl tikinti” ilə bağlı norma və standartların müəyyən edilməsi, tikinti və istismar üçün icazələrin tam elektronlaşdırılmasının qanunvericilikdə təsbit edilməsi, Bina İnformasiya Modelləşdirilməsinə (BİM) keçidlə bağlı strategiyanın və dövlət vəsaiti hesabına inşa edilən obyektlərdə “BİM”in tətbiqinə dair təkliflərin hazırlanması ilə bağlı tapşırıqlar öz əksini tapıb. 
İclasda Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin vaxtında icra edilməsinin vacibliyi, bu məsələdə koordinasiyalı işin əhəmiyyəti vurğulanıb, işçi qrupun üzvləri tərəfindən həyata keçirilməli vəzifələrin bölgüsü aparılıb.
Qeyd edək ki, “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13.07.2016-cı il tarixli Sərəncamı ilə yaradılmış Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın 19 işçi qrupundan biridir.



All news