Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

  • Main page
  • Media
  • News
  • Next meeting of the Working Group on "Construction permits" has been held
Next meeting of the Working Group on "Construction permits" has been held
Next meeting of the Working Group on "Construction permits" has been held

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupunun növbəti iclası keçirilib. İclasda cari ilin 9 ayı ərzində Fəaliyyət Planının icrası ilə əlaqədar görülmüş işlər, icrası davam edən bəndlər üzrə hazırki vəziyyət, qarşıda duran vəzifələr və daha öncəki iclasda alınmış qərarların icra vəziyyəti müzakirə olunub.
Eyni zamanda, “Bir pəncərə” e-sistemi vasitəsilə ekspertizası tələb olunan obyektlər üçün icazələrin verilməsi modulunun istifadəyə verilməsi və sistemin məlumatlandırılma icraatı modulunun ölkə üzrə tətbiqi və genişləndirilməsinə dair vəziyyət haqqında məlumat iclas iştirakçılarının diqqətinə çatdırılıb və ümumilikdə e-sistemin təkmilləşdirilməsi yönündə aparılan işlər və gələcək hədəflər haqqında fikir mübadiləsi aparılıb.
Bununa yanaşı, 2021-ci ilin Fәaliyyәt Planının 9 aylıq yekun qiymәtlәndirilmәsinә hazırlıq və növbəti il üçün Fəaliyyət Planının hazırlanmasına dair təkliflərin təqdim edilməsi ilə bağlı işlərin sürətləndirilməsi və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi qərara alınıb.  

Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13.07.2016-cı il tarixli Sərəncamı ilə yaradılmışdır. Məqsəd sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühiti yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi, bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə nail olmaqdır. Qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi məqsədi ilə Komissiya tərəfindən 19 işçi qrupu yaradılmışdır. “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupuna Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəhbərlik edir.  

 



All news