WUF13 çərçivəsində “Urban Expo” sərgisinin açılış mərasimi keçirilib
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Anaklaudia Rossbax sərginin rəmzi açılışını bildirən lenti kəsiblər.
Qeyd edək ki, “Urban Expo” sərgisi rekord miqyasda təşkil olunub. 85 ölkədən 260 təşkilat 122 stend və pavilyonda təmsil olunur.