Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • Anar Quliyev Belemdə "Bakı Davamlılıq Koalisiyası: Mənzil və iqlim həllərinə gedən yol” adlı növbə...
Anar Quliyev Belemdə "Bakı Davamlılıq Koalisiyası: Mənzil və iqlim həllərinə gedən yol” adlı növbəti yan tədbirdə çıxış edib
Anar Quliyev Belemdə "Bakı Davamlılıq Koalisiyası: Mənzil və iqlim həllərinə gedən yol” adlı növbəti yan tədbirdə çıxış edib

Komitə sədri COP29 zamanı yaradılmış Bakı Davamlılıq Koalisiyasının iqlimədavamlı, insan mərkəzli şəhərsalma sahəsində qlobal əməkdaşlıqdakı rolundan danışıb. Bu təşəbbüsün şəhər iqlimi üzrə fəaliyyətin davamlılığına, qabaqcıl təcrübələrin tətbiqini və şəhərsalma siyasətlərinin inteqrasiyasını dəstəklədiyini vurğulayıb.

 

Həmçinin qeyd edib ki, əsas üzvləri Misir, BƏƏ, Azərbaycan və Braziliya olan Koalisiya könüllü əməkdaşlıq prinsipi ilə fəaliyyət göstərir və tərəfdaş ölkələrə açıqdır. Fəaliyyət istiqamətlərinə kommunikasiya, uğurlu layihələrin təqdimatı, nazirlər səviyyəsində dialoqun davamlılığı və müxtəlif maraqlı tərəflərin cəlb olunması daxildir.

 

Anar Quliyev gələn il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Koalisiya vasitəsilə daha güclü koordinasiyanın qlobal öhdəliklərin yerli səviyyədə icrasına təkan verəcəyinə, həmçinin təhlükəsiz, inklüziv və dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcəyinə inandığını bildirib.



Bütün xəbərlər