
Anar Quliyev İtaliya nümayəndə heyətinin rəhbəri, Ətraf mühit və enerji təhlükəsizliyi nazirinin müavini Klaudio Barbaro ilə görüşüb
Komitə sədri Anar Quliyevin mayın 29-da UN-Habitat Assambleyasının ikinci sessiyası çərçivəsində İtaliya nümayəndə heyətinin rəhbəri, Ətraf mühit və enerji təhlükəsizliyi nazirinin müavini Klaudio Barbaro çox səmərəli görüşü baş tutub.
Anar Quliyev COP29-da Azərbaycanın irəli sürdüyü “Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları” təşəbbüsünə İtaliyanın dəstəyini yüksək qiymətləndirdiyini vurğulayıb.
Həmçinin sıx əməkdaşlıq məsələləri və Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna hazırlıqları müzakirə edilib, İtaliya nümayəndə heyəti bu mühüm qlobal tədbirdə fəal iştiraka dəvət edilib.