Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • Anar Quliyev və İsveçrə Konfederasiyasının Mənzil üzrə Federal Bürosunun dövlət katibi və baş dire...
Anar Quliyev və İsveçrə Konfederasiyasının Mənzil üzrə Federal Bürosunun dövlət katibi və baş direktoru cənab Martin Tşirren arasında səmərəli görüş olub
Anar Quliyev və İsveçrə Konfederasiyasının Mənzil üzrə Federal Bürosunun dövlət katibi və baş direktoru cənab Martin Tşirren arasında səmərəli görüş olub

Cenevrədə mənzil əlçatanlığı və dayanıqlılığı məsələlərinə həsr olunmuş UNECE Komitəsinin 86-cı sessiyası çərçivəsində oktyabrın 8-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və İsveçrə Konfederasiyasının Mənzil üzrə Federal Bürosunun dövlət katibi və baş direktoru cənab Martin Tşirren arasında səmərəli görüş baş tutub.

 

Görüş zamanı mənzil siyasəti sahəsində ikitərəfli münasibətlərin inkişafı, xüsusilə dayanıqlı və əlçatan həllərin təşviqi, eləcə də innovativ mənzil maliyyələşdirmə mexanizmləri üzrə təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

 

Anar Quliyev qlobal gündəmdə mənzil siyasətinin əhəmiyyətini vurğulayıb, həmçinin İsveçrə nümayəndə heyətini 2026-cı ilin may ayında Bakıda “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu altında keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda fəal iştirak etməyə dəvət edib.



Bütün xəbərlər