Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • Azərbaycan-Belarus hökumətlərarası komissiyasının həmsədrləri Ağdamın Qızıl Kəngərli kəndində olub...
Azərbaycan-Belarus hökumətlərarası komissiyasının həmsədrləri Ağdamın Qızıl Kəngərli kəndində olublar
Azərbaycan-Belarus hökumətlərarası komissiyasının həmsədrləri Ağdamın Qızıl Kəngərli kəndində olublar

Komissiyanın Azərbaycan tərəfindən həmsədri Baş nazirin müavini Samir Şərifov və Belarus tərəfindən həmsədri Baş nazirin müavini Natalya Petkeviçin rəhbərlik etdikləri nümayəndə heyətlərinə kənddə yaradılacaq aqrar şəhərcik haqqında məlumat verilib. Aqrar şəhərcik belaruslu mütəxəssislərin iştirakı ilə yaradılacaq. Layihənin Ağdam rayonunda yaşayış məskənlərinin hərtərəfli inkişafına, kənd ərazilərinin dirçəldilməsinə, bölgənin iqtisadiyyatına önəmli təsiri olacaq.

 

Qonaqlar eyni zamanda erməni işğalı illərində yaşayış məntəqəsində törədilən dağıntılarla tanış olublar.

 

Azərbaycan və Belarus arasında 2024-cü il oktyabrın 3-də imzalanmış sənədlərdə Ağdam rayonunda kənd təsərrüfatı istehsalının inkişafı, rayonun Qızıl Kəngərli kəndində aqroşəhərciyin layihələndirilməsi nəzərdə tutulub.



Bütün xəbərlər