Azərbaycan MDB-ə üzv dövlətlərin Tikinti Fəaliyyəti Sahəsində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının iclasında iştirak edir
Oktyabrın 28-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində MDB-ə üzv dövlətlərin Tikinti Fəaliyyəti Sahəsində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının 46-cı iclası öz işinə başlayıb.
Tədbirin məqsədi MDB ölkələri arasında dayanıqlı tikinti siyasətinin möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, həyata keçiriləcək birgə layihə imkanlarının genişləndirilməsi və bu sahədə innovativ texnologiyaların tətbiqinin təşviq olunmasıdır.
İclasın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov çıxış edərək, ölkəmizin bu sahədəki zəngin təcrübəsini bölüşüb və iclas iştirakçılarını 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak etməyə dəvət edib.