Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • Azərbaycan MDB-nin tikinti sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının iclasında iştirak e...
Azərbaycan MDB-nin tikinti sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının iclasında iştirak edib
Azərbaycan MDB-nin tikinti sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının iclasında iştirak edib

Oktyabrın 20-də Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB iştirakçı dövlətlərinin Tikinti fəaliyyəti sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının XLVII iclası keçirilib. İclasda Azərbaycanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov təmsil edib.

 

Tədbirdə tikinti sektorunun inkişafı, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, ərazi planlaşdırılması, “ağıllı” şəhər yanaşmaları, rəqəmsal texnologiyaların tətbiqi və seysmik dayanıqlı tikinti sahəsində innovativ həllər müzakirə olunub. Həmçinin şəhərsalma və tikinti sahəsində aktual çağırışların həllində birgə yanaşmaların və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

 

İclasda çıxış edən Dövlətxan Dövlətxanov Azərbaycanın MDB ölkələri ilə şəhərsalma sahəsində əməkdaşlığının praktiki nəticələrinə diqqət çəkib. Bildirib ki, bu əməkdaşlıq təcrübə mübadiləsi ilə yanaşı, birgə layihələrin, o cümlədən işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur ərazilərinin bərpasına yönəlmiş təşəbbüslərin həyata keçirilməsini də əhatə edir.

 

Sədr müavini Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsini, eləcə də Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) nəticələrini diqqətə çatdırıb. Qeyd edib ki, 176 ölkədən 58 minə yaxın iştirakçını bir araya gətirən Forum dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq dialoq və əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verib.

 

Azərbaycanın şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayan Dövlətxan Dövlətxanov tədbir iştirakçılarını 2027-ci ildə Azərbaycanda keçiriləcək IV Milli Şəhərsalma Forumuna dəvət edib.

 

İclasın yekununda Hökumətlərarası Şuranın, müvafiq təşkilatların və komissiyaların 2027-ci il üzrə iş planları, həmçinin Şuranın yeni iş reqlamenti təsdiq edilib.



Bütün xəbərlər