Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 2020-ci il noyabrın 10-da imzaladıqları Bəyanatda nəzərdə tutulmuş müddəaların icrasından irəli gələn, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə Əlaqələndirmə Qərargahı (bundan sonra – Qərargah) yaradılsın:

 

Qərargahın rəhbəri

 

Samir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

 

Qərargahın üzvləri

 

Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri

 

Şahmar Mövsümov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

 

Hikmət Hacıyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

 

Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

 

Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi

 

Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

 

Elçin Əmirbəyov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

 

Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

 

Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

 

Kamran Əliyev – Azərbayan Respublikasının Baş prokuroru

 

Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri

 

Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

 

Fikrət Məmmədov – Azərbaycan Respublikasının ədliyyə naziri

 

Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

 

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

 

Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri

 

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

 

İnam Kərimov – Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

 

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

 

Zakir Həsənov – Azərbaycan Respublikasının müdafiə naziri

 

Ramin Quluzadə – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

 

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

 

Emin Əmrullayev – Azərbaycan Respublikasının təhsil naziri

 

Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

 

Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

 

Elçin Quliyev – Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi

 

Əli Nağıyev – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

 

Orxan Sultanov – Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi

 

Anar Kərimov – Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini

 

Rəşad Nəbiyev – “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri

 

2. Qərargahın nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılsın.

 

İlham Əliyev

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 noyabr 2020-ci il.



Bütün xəbərlər