Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclas...
Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası keçirilib
Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası keçirilib

Sentyabrın 5-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası keçirilib.

 

İclasda çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahangirov işğaldan azad olunmuş Cəbrayıl rayonu Soltanlı kəndinin yenidən qurulması üzrə macar mütəxəssislərin iştirakı ilə hazırlanan layihənin icrası barədə məlumat verib. Kəndin təsdiq olunmuş ərazi planlaşdırılması sənədinə əsasən hazırlanmış tikinti layihəsi ilə bağlı zəruri razılaşdırma prosedurlarının artıq başa çatdığı, Macarıstan tərəfinin iştirakı ilə layihə üzrə işlərin başladığı qeyd olunub.

 

Komitə nümayəndəsi Macarıstanın şəhərsalma, memarlıq və tikinti sahəsində ixtisaslaşan aidiyyəti dövlət və özəl qurumları, həmçinin mütəxəssisləri Azərbaycanda bu ilin oktyabrında keçiriləcək 3-cü Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA3) və 2026-cı ildə baş tutacaq 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) fəal iştiraka dəvət edilib.



Bütün xəbərlər