Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • Bakıda Pasha Estate və Sea Breeze-in dəstəyi ilə “Dvijenie” – Beynəlxalq Developerlər Sammiti keçi...
Bakıda Pasha Estate və Sea Breeze-in dəstəyi ilə “Dvijenie” – Beynəlxalq Developerlər Sammiti keçirilib
Bakıda Pasha Estate və Sea Breeze-in dəstəyi ilə “Dvijenie” – Beynəlxalq Developerlər Sammiti keçirilib

Şəhərsalma, tikinti və daşınmaz əmlak sahəsində fəaliyyət göstərən iş adamları, memarlar və ekspertlərin iştirakı ilə baş tutan sammit yeni ideyaların, qeyri-standart yanaşmaların və innovativ texnoloji həllərin müzakirəsi, Azərbaycan bazarının investisiya cəlbediciliyinin artırılması və beynəlxalq əlaqələrin qurulması baxımından unikal platforma rolunu oynayır.

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov tədbirdə iştirak edərək Bakı şəhərinin inkişaf strategiyası barədə geniş məlumat verib. O, Baş Plana əsasən alt və regional mərkəzlərin, hibrid dəhlizlərin formalaşdırılmasının şəhərin dayanıqlı inkişafı üçün vacib addım olduğunu vurğulayıb. Həmçinin planlaşdırma sənədinin yeni investisiyaların cəlb edilməsinə, eləcə də istirahət, sosial və iaşə məkanlarının yaradılmasına geniş imkanlar açacağını qeyd edib.

 



Bütün xəbərlər