Bu dəfə ustad dərsimizdə uşaqlarla birlikdə bir şəhər qurduq!
"Nargis Magazine" ilə birlikdə “Tarix vasitəsilə. Memarlıq və tarix muzeyi” layihəsi çərçivəsində təşkil etdiyimiz şəhərsalma üzrə ustad dərsi ilə şəhərlərin yaradılmasının həyəcanlı və məsuliyyətli tərəflərini uşaqlara öyrətdik. Bu təcrübə onlara şəhərlərin necə planlaşdırıldığını, qurulduğunu və idarə edildiyini daha yaxından anlamaq imkanı verdi.
Gələcəyimizin memarları olan uşaqların bu qədər yaradıcı olması çox sevindirici haldır!