Bu gün Azərbaycan Respublikasının Konstitusiya Günüdür!
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsinin, hüququn aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasının əsasını təşkil edir.
Konstitusiyamız dövlətçilik dəyərlərimizin və ədalət prinsiplərinin mühüm təminatıdır.
Konstitusiya Günümüz mübarək!