Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Həmkarlar İttifaqı təşkilatı təsis olundu
22 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və tabeliyində olan təşkilatların işçilərinin Birləşmiş Həmkarlar İttifaqı Təşkilatı təsis edilmişdir. Yaradılmış Həmkarlar İttifaqı Təşkilatının fəaliyyəti qurumun rəhbərliyi və əməkdaşları arasında işgüzar münasibətlərin möhkəmlənməsinə, işçilərin sosial-iqtisadi problemlərinin operativ və səmərəli həllinə, onların əməyinin və sağlamlığının mühafizəsinə, istirahətlərinin və asudə vaxtlarının təşkilinə xidmət edəcəkdir.
Keçirilmiş təsis yığıncağında Birləşmiş Həmkarlar İttifaqı Təşkilatının sədri və üzvləri seçilmiş, nəzarət-təftiş komissiyasının üzvlərinin təsdiq edilməsi, habelə təşkilatın idarə olunması məqəsdilə bir neçə inzibati məsələlərin həlli ilə bağlı qərarlar qəbul edilmişdir.
Sonda qərara alındı ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Təşkilatı adından Azərbaycan Respublikası Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin tərkibinə qəbul olunma ilə bağlı müraciət edilsin.