Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev İordaniya Haşimilər Krallığının öl...
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Nahar ilə görüşüb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Nahar ilə görüşüb

Görüş zamanı ölkələrimiz arasında şəhərsalma, yaşayış yerləri və tikinti sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Həmçinin Bakıda və işğaldan azad edilmiş ərazilərdə insan yönümlü şəhərsalma layihələrinin uğurla tətbiqi, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri və burada yaradılan geniş imkanlar barədə fikir mübadiləsi aparılıb.

 

Sonda Anar Quliyev İordaniya tərəfinə COP29 zamanı qəbul edilmiş “Dayanıqlı və Sağlam Şəhərlər üçün Çoxsektorlu Fəaliyyət Yolları” Bəyannaməsinin dəstəyinə görə minnətdarlığını bildirərək, həmkarlarını oktyabrda keçiriləcək Milli Şəhərsalma Forumu (NUFA3) və gələn il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak etməyə dəvət edib.



Bütün xəbərlər