Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Şəki şəhərində vətəndaşları qəbul edib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Şəki şəhərində vətəndaşları qəbul edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri 27 yanvar 2023-cü il tarixində Şəki və Qax rayonlarının sakinləri üçün qəbul keçirib.

 

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub və abidənin önünə gül dəstələri qoyularaq, Ulu Öndərin xatirəsi hörmət və ehtiramla yad edilib.

 

Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, Komitənin fəaliyyət  istiqamətlərinə aid olan məsələlərin bir qismi yerində həll edilib, digərlərinin araşdırılması üçün tapşırıqlar verilib. Eyni zamanda, bəzi müraciətlərin həlli yolları vətəndaşlara izah edilib və aidiyyəti üzrə digər dövlət qurumlarına yönləndirilib.   

 

Məlumat üçün bildiririk ki, növbəti vətəndaş qəbulunun Şamaxı və Qobustan rayonlarından olan sakinlərlə keçirilməsi nəzərdə tutulub.



Bütün xəbərlər