Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

30 iyul tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Türkiyənin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçını qəbul edib.

Qonağı salamlayan Komitə sədri ilk növbədə bu günlərdə Türkiyədə baş verən meşə yanğınları və onun fəsadları barədə xəbərin Azərbaycanda hər kəsi çox kədərləndirdiyini bildirdi, bu fəlakət nəticəsində həyatını itirmiş şəxslərin ailə üzvlərinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığını çatdırdı, yaralananlara Allahdan şəfa dilədiyini vurğuladı.

Anar Quliyev səfiri təyinatı münasibətilə təbrik edərək fəaliyyətində uğurlar arzu edib, onun iki qardaş ölkə arasında mövcud əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəyindən əminliyini ifadə edib. Bildirildi ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin sərgilədiyi siyasi və mənəvi dəstək dərin köklərə əsaslanan Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının, sarsılmaz birliyinin bu gün ən yüksək zirvədə olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırdı. A.Quliyev həmçinin dövlətlərimiz arasında bir çox istiqamətlərdə olduğu kimi, şəhərsalma və tikinti sahəsində də sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, xüsusilə də işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması məqsədilə görülən işlərdə dost ölkənin yaxından iştirakından məmnunluğunu ifadə etdi, bu istiqamətdə həyata keçiriləcək layihələrə Türkiyə şirkətlərinin maraq göstərməsini yüksək qiymətləndirdiyini qeyd etdi.

Daha sonra Dövlət Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illər ölkəmizdə şəhərsalma sahəsində aparılan geniş islahatlar, Komitənin əsas fəaliyyət istiqamətləri və reallaşdırdığı layihələr barədə səfirə ətraflı məlumat verdi.

Səmimi qəbula görə təşəkkür edən səfir Cahit Bağçı iki ölkə arasında münasibətlərin strateji əməkdaşlıq xarakteri daşıdığını və qardaşlıq əlaqələrinə əsaslandığını vurğulayaraq, Azərbaycanda, o cümlədən işğaldan azad olunmuş ərazilərində şəhərsalma proseslərində Türkiyə peşəkar cəmiyyətinin bundan sonra da yaxından iştirak etməyə hazır olduğunu bildirdi.

Görüş çərçivəsində şəhərsalma və memarlıq sahəsində perspektiv əməkdaşlıq imkanları üzrə ətraflı fikir mübadiləsi aparıldı, qarşılıqlı əlaqələr və mümkün birgə layihələr müzakirə olundu.



Bütün xəbərlər