Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Komitə sədri Anar Quliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüş keçirib
Komitə sədri Anar Quliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüş keçirib

Görüş zamanı Azərbaycan Hökuməti ilə BMT arasında 2026-2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin icrası çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, bu sənəd Azərbaycanın Milli Prioritetlərinə uyğun olaraq gələcəyə yönəlmiş tərəfdaşlıq üçün mühüm əsasdır və xüsusilə Dayanıqlı İnkişaf Məqsədlərindən “Dayanıqlı şəhərlər və icmalar”ın icrasına əhəmiyyətli töhfə verir.

 

Anar Quliyev Rezident əlaqələndirici kimi fəaliyyəti dövründə göstərdiyi şəxsi fəallığa və konstruktiv tərəfdaşlığa görə qonağa təşəkkürünü bildirib. Qarabağ və Şərqi Zəngəzurda Milli Şəhərsalma Forumlarının keçirilməsi, eləcə də 13-cü Ümumdünya Şəhərsalma Forumuna hazırlıq çərçivəsində aparılan səmərəli və məzmunlu dialoq xüsusilə vurğulanıb.



Bütün xəbərlər