Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Komitə sədri Anar Quliyev bu gün COP30 çərçivəsində keçirilən yan tədbirdə iştirak edib
Komitə sədri Anar Quliyev bu gün COP30 çərçivəsində keçirilən yan tədbirdə iştirak edib

“İqlim fəaliyyəti evdən başlayır: Dəyişən iqlimdə mənzil təminatı” mövzusu ətrafında çıxış edən Komitə sədri əlverişli və davamlı mənzil təminatını insan hüquqlarının qorunması ilə yanaşı, iqlim dayanıqlılığı, təsirlərin azaldılması və inklüziv inkişaf baxımından mühüm amil kimi dəyərləndirib. Bildirib ki, mənzillər iqlim dəyişikliyindən təsirləndiyi kimi, ona təsir də göstərir. Buna görə şəhərsalma və tikinti prosesləri ətraf mühitə təsirləri minimuma endirməli, icmaların rifahını artırmalıdır.

 

Anar Quliyev əlavə edib ki, Azərbaycan BMT-nin Məskunlaşma Assambleyasının “Hər Kəs üçün Münasib Mənzil” qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupun həmsədri qismində iqlim aspektlərinin qlobal mənzil prinsiplərinə tam inteqrasiyasını təmin edəcək.

 

Eyni zamanda gələn il Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) mənzil məsələsini iqlim dayanıqlılığı və sosial inklüzivliyə dair siyasətlərin əsas elementi kimi prioritetləşdirəcək. Forum aşağı karbonlu, dayanıqlı tikinti təcrübələrinin genişləndirilməsinə və inklüziv şəhər siyasətlərinin təşviqinə xidmət edəcək.

 

WUF13 həmçinin Azərbaycanın innovativ şəhərsalma təşəbbüslərini – Bakı şəhərinin insan mərkəzli və iqlimədavamlı həllərə əsaslanan Baş planı, azad edilmiş ərazilərdə dayanıqlı, ağıllı və inklüziv prinsiplərlə icra olunan Böyük Qayıdış Proqramı, eləcə də əlçatan və keyfiyyətli mənzil layihələrini təqdim edəcək.

 

Ev sahibi kimi Azərbaycan WUF13-də dialoqu praktik nəticələrə çevirməyə sadiqdir.



Bütün xəbərlər