
Komitə sədri Anar Quliyev bu gün Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinlərinin müraciətlərini dinləmək üçün Quba şəhərinə səfər edib
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.
Qəbul zamanı vətəndaşların torpaq münasibətləri, tikintiyə icazələrin verilməsi və digər şəhərsalma məsələləri ilə bağlı müraciətləri dinlənilib, həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə bağlı göstərişlər verilib.