Komitə sədri Anar Quliyev bu gün vətəndaş qəbulu çərçivəsində Oğuz şəhərinə səfər edib
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.
Qəbul zamanı Oğuz, Şəki, Qax, Qəbələ, Balakən və Zaqatala rayon sakinlərinin torpaq münasibətləri və tikintiyə icazə icraatı ilə bağlı müraciətləri dinlənilib, şəhərsalma və tikinti prosedurları barədə ətraflı məlumat verilib.