Komitə sədri Anar Quliyev növbəti vətəndaş qəbulunu Göyçay şəhərində keçirib
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq Ulu Öndərin xatirəsi hörmət və ehtiramla anılıb.
30 yanvar 2024-cü il tarixində keçirilən görüşdə Komitə sədri Göyçay, Kürdəmir, Ucar, Zərdab və Ağdaş rayon sakinlərinin əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin tikinti üçün ayrılması, habelə tikintiyə icazə icraatı ilə bağlı suallarını cavablandırıb.
Bəzi qaldırılan məsələlər yerində həll edilib, əlavə araşdırma tələb edənlərlə bağlı isə müvafiq tapşırıqlar verilib.