Komitə sədri Anar Quliyev növbəti vətəndaş qəbulunu Neftçala şəhərində keçirib
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.
11 iyul 2024-cü il tarixində Şirvan, Hacıqabul, Neftçala və Salyan rayon sakinlərinin qəbulu zamanı tikintiyə icazə icraatı və torpaq münasibətləri ilə bağlı suallar cavablandırılıb, qaldırılan məsələlər həll edilib, şəhərsalma qanunvericiliyinin tələbləri və Komitə tərəfindən yaradılan Elektron İcazə sisteminin üstünlükləri barədə məlumat verilib.