Komitə sədri Anar Quliyev Saatlı, Sabirabad, İmişli, Füzuli, Beyləqan, Cəbrayıl və Xocavənd rayon sakinlərinin müraciətlərini dinləmək üçün Saatlı şəhərinə səfər edib
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.
Vətəndaşların tikinti üçün icazələrin alınması və obyektlərin istismara buraxılması ilə bağlı qaldırdıqları suallar cavablandırılıb, bu məqsədlə istifadəyə verilən elektron icazə sistemi barədə məlumatlar paylaşılıb.