Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • Komitə sədri Anar Quliyev Türkmənistan Respublikasının sənaye və tikinti istehsalı naziri ilə görü...
Komitə sədri Anar Quliyev Türkmənistan Respublikasının sənaye və tikinti istehsalı naziri ilə görüşüb
Komitə sədri Anar Quliyev Türkmənistan Respublikasının sənaye və tikinti istehsalı naziri ilə görüşüb

İyunun 22-də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Türkmənistan Respublikasının sənaye və tikinti istehsalı naziri Toyqulı Nurov ilə görüşüb.

 

Görüş zamanı Azərbaycan və Türkmənistan arasında mövcud olan qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin, eləcə də şəhərsalma və tikinti sahələrində əməkdaşlığın inkişaf məsələləri müzakirə olunub.

 

Həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma işlərinə Türkmənistanın göstərdiyi dəstək yüksək qiymətləndirilib. Füzuli şəhərində inşa edilən məscidin xalqlarımız arasında dostluğun, qardaşlığın və ortaq mənəvi dəyərlərin növbəti təzahürü olduğu vurğulanıb.



Bütün xəbərlər