Komitə sədri Anar Quliyev vətəndaş qəbulu çərçivəsində bu gün Qobustan şəhərinə səfər edib
Qəbul zamanı Qobustan, Ağsu, İsmayıllı və Şamaxı rayon sakinlərinin torpaq münasibətləri, tikintiyə və istismaraicazə icraatı ilə bağlı müraciətləri dinlənilib, şəhərsalma qanunvericiliyinin tələbləri və Komitə tərəfindən yaradılmış Elektron İcazə (e-tikinti) sisteminin üstünlükləri və imkanları barədə vətəndaşlara ətraflı məlumat verilib.