Komitə sədri Mingəçevir şəhəri və Yevlax rayonlarından olan vətəndaşlarla görüşüb
Vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Mingəçevir şəhəri və Yevlax rayonundan olan sakinləri qəbul edib.
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq Ulu Öndərin xatirəsi hörmət və ehtiramla anılıb.
Qəbul zamanı vətəndaşların qeyri-yaşayış obyektlərində tikintiyə icazə, Tikintilərin Dövlət reyestrinə məlumatların daxil edilməsi ilə bağlı bir çox sualları qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırılıb, şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı qaldırılan məsələlərin həlli üçün zəruri tədbirlərin görüləcəyi bildirilib.