Komitə sədri Samir Nuriyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib
Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasu qəbul etmişdir.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin uğurla inkişaf etməsindən məmnunluq ifadə edilmiş, şəhərsalma, memarlıq və tikinti sahələrində beynəlxalq təcrübənin önəmi xüsusi qeyd edilmişdir. Söhbət zamanı gələcək əməkdaşlığın perspektivləri və birgə reallaşdırılması mümkün olan layihələr ətrafında da fikir mübadiləsi aparılmışdır.