Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • Komitənin əməkdaşları Binaların İnformasiya Modelləşdirilməsi (BİM) üzrə seminarda iştirak ediblər
Komitənin əməkdaşları Binaların İnformasiya Modelləşdirilməsi (BİM) üzrə seminarda iştirak ediblər
Komitənin əməkdaşları Binaların İnformasiya Modelləşdirilməsi (BİM) üzrə seminarda iştirak ediblər

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə əməkdaşlığı çərçivəsində Binaların İnformasiya Modelləşdirilməsi (BİM) üzrə təlim keçirilib.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tikinti sektorunun inkişafına ayırdığı xüsusi diqqət sayəsində son dövrdə bu sahədə köklü islahatlar aparılmış, ölkədə şəhərsalma proseslərinin və memarlıq fəaliyyətinin planlı və sistemli təşkili, aparıcı dünya standartlarının və müasir texnologiyaların tətbiqi istiqamətində əhəmiyyətli irəliləyişə nail olunmuşdur. Məhz Komitənin əsas prioritetlərindən biri də şəhərsalma fəaliyyətinin rəqəmsallaşdırılması sahəsində aparıcı dünya təcrübəsinin öyrənilməsi və ölkədə tətbiq edilməsidir.

 

Bu çərçivədə təlimin əsas məqsədi mülki və sənaye obyektlərinin layihələndirilməsi, tikintisinin keyfiyyət və səmərəliliyini artıran yeni BİM texnologiyalarının xüsusiyyətləri və tətbiqi ilə bağlı mütəxəssisləri məlumatlandırmaq, onların ixtisaslarının artırılması prosesinin daimiliyinin təmin edilməsi, eyni zamanda yeni təcrübələrin əldə edilməsidir. Təlim zamanı Komitə əməkdaşları ilə BİM texnologiyalarının əhəmiyyəti, şəhərsalma fəaliyyəti və memarlıq sahəsində onların tətbiqi yolları haqqında fikir mübadiləsi aparılıb. 

 

Habelə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirliyinin təşkilatçılığı və “Digital Catapult” nümayəndələri tərəfindən tikinti prosesində binaların modelleşdirilməsi zamanı rəqəmsal təsvirlərin yaradılması və idarə olunması, mühüm məlumatların 3D formatda saxlanılması imkanlarından danışılıb. Bildirilib ki, BİM müxtəlif məsələlərin həlli istiqamətində məqsədyönlü innovasiya və akselerasiya proqramlarının hazırlanması və çatdırılması, keyfiyyət və səmərəliliyin artırılması istiqamətində yeni bir texnoloji yanaşmadır.



Bütün xəbərlər