Komitənin əməkdaşları təkmilləşməyə və beynəlxalq təcrübə qazanmağa davam edirlər
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi İqtisadiyyat və strateji planlama şöbəsinin rəhbəri Samir Haqverdiyev əməkdaşlıq proqramı çərçivəsində Sinqapur Respublikasında şəhərlərin idarəedilməsi və bu sahənin dayanıqlı maliyyələşdirilməsi, investisiya fəaliyyəti subyektlərinin qarşılıqlı əlaqəsi istiqamətində təlimdə iştirak edib.
Təlim şəhər mühitinin inkişafı, şəhərsalma və layihə təhlilinin aparılması, müasir idarəetmə xüsusiyyətlərinin mənimsənilməsi, bu sahələrdə ortaya çıxan məsələlərin həlli üçün bacarıqların formalaşdırılması mövzularını əhatə edərək, müasir təcrübənin əldə edilməsi məqsədilə təşkil edilib.