Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • Martın 4-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ADA məktəbinin şagirdləri ilə görüş keçir...
Martın 4-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ADA məktəbinin şagirdləri ilə görüş keçirilib
Martın 4-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ADA məktəbinin şagirdləri ilə görüş keçirilib

Məktəblilərin sahə üzrə maarifləndirilməsi məqsədilə təşkil olunan görüşdə Komitə əməkdaşları tərəfindən şəhər mühitinin formalaşmasında memarlığın rolu, ekoloji cəhətdən dayanıqlı və inklüziv şəhərlərin yaradılmasında innovativ yanaşmaların üstünlünlükləri barədə məlumat verilib.

 

Bakı şəhərinin 2040-cı ilə qədərki Baş planı, həmçinin işğaldan azad edilmiş ərazilərdə qabaqcıl dünya təcrübəsi əsasında aparılan bərpa və quruculuq işləri ilə tanış olan iştirakçılar bu sahədə əldə olunan uğurları maraqla qarşılayıblar.

 

Qeyd edək ki, layihə şəhərsalma və memarlıq sahəsində yeni nəsil mütəxəssislərin yetişdirilməsinə dəstək məqsədilə Komitə və ADA Universiteti arasında tərəfdaşlıq çərçivəsində həyata keçirilib.

 



Bütün xəbərlər