Nayrobidə WUF13-ə hazırlıqla bağlı məsələlər müzakirə edilib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraiyyə Şurasının 3-cü sessiyasında iştirak üçün Nayrobiyə səfəri çərçivəsində UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax ilə geniş tərkibdə görüş keçirib. Görüşdə 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) hazırlıqla bağlı məsələlər müzakirə edilib.
WUF13-ün yüksək səviyyədə təşkilinə yönəlmiş təşəbbüslərin Forumun işinə mühüm töhfə verməklə yanaşı, dayanıqlı şəhər inkişafı üzrə qlobal gündəliyin daha geniş və uzunmüddətli perspektivdə irəliləməsinə xidmət edəcəyi vurğulanıb.