
Qaliblərə “Təməl” mükafatı, digər seçilmiş layihə müəlliflərinə isə müvafiq diplomlar təqdim edildi!
6 nominasiya üzrə ötən il ərsəyə gəlmiş ümumilikdə 93 layihədən 13 ən uğurlu layihə:
“Yaşayış komplekslərinin memarlığı” nominasiyası üzrə “Təməl” mükafatının laureatı – “The Grand” yaşayış kompleksinin layihəsi (müəllif: Aleksey Fursov);
II dərəcəli diplomlar:
Şuşa şəhəri, Qarabağ küçəsində yerləşən binaların fasad həlli (müəlliflər: Marselina Zielinska);
Laçın rayonu, Minkənd kəndinin yenidənqurulması layihəsi (müəlliflər: Elçin Umudov, Elçin Əliyev, Simurə Əmirova, Jalə Hüseynova).
“Bərpa və yenidənqurma layihələri” nominasiyası üzrə “Təməl” mükafatının laureatı – Xankəndi şəhəri, təhsil elm və mədəniyyət binasının fasadının yenidənqurulması (müəllif: Ağa Xalıqzadə);
II dərəcəli diplom: Ağdam İmarət Kompleksinin layihəsi (müəllifləri: Fabrisio Konti, Valentina Linares, Alessandro Bianki, Fizuli Əliyev, Əli Məmmədov, Yaşar Zeynallı).
“İctimai binaların memarlığı” nominasiyası üzrə “Təməl” mükafatının laureatı – Laçın şəhəri, “Asan xidmət” mərkəzinin layihəsi (müəllif: Samir Abasquliyev);
II dərəcəli diplom: Bakı Ağ Şəhər Biznes Mərkəzinin layihəsi (müəllif: CallisonRTKL).
“İctimai məkanlar və landşaft memarlığı” nominasiyası üzrə “Təməl” mükafatının laureatı – Bakı şəhəri, Mərkəzi Parkın layihəsi (müəlliflər: Franz Yans, Maria Aubök, Yanos Karas, Miron Vendziloviç, İvan Rinaldi, İvana Kuçirkova, Denisa Rusnaçikova);
II dərəcəli diplom: Bakı şəhəri, Mərkəzi Nəbatat Bağının layihəsi (müəlliflər: Mansur Bukani, Babək Şahbazi, Ziya Aslan, Samir Sadıxov).
“Mədəniyyət və dini obyektlərin memarlığı” nominasiyası üzrə “Təməl” mükafatı laureatı – Bakı şəhəri, Zəfər Parkının layihəsi (müəllif: Francesco Cordano);
II dərəcəli diplom: Cəbrayıl şəhərində məscid layihəsi (müəllif: Cahangir Məmmədrzayev, Ağa Xalıqzadə).
“Nəqliyyat, sənaye, rabitə və mühəndis bina və qurğuları” nominasiyası üzrə “Təməl” mükafatının laureatı – Bakı Ağ Şəhər Piyada Körpüsünün layihəsi (müəlliflər: UNStudio, Azərbaycan Inkişaf Şirkəti);
II dərəcəli diplom: Laçın Beynəlxalq Hava Limanının layihəsi (müəllif: Elyar Dehghanian, Babək Dehghanian, Boris Qejankin).