Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

“Təməl” Memarlıq Mükafatı
“Təməl” Memarlıq Mükafatı

2023-cü ildə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilərək Komitə tərəfindən ilk dəfə təşkil edilmiş ən yaxşı memarların mükafatlandırılması mərasimi bundan sonra hər il “Təməl” Mükafatı adı altında təşkil ediləcək.

 

Təşəbbüsün məqsədi il ərzində seçilmiş müəlliflərin (memarların) yaradıcı layihələrinin müvafiq peşəkarlıq meyarlarına əsasən qiymətləndirilməsi, memarlıq sənətinin inkişaf etdirilməsi və bununla da yaşayış məntəqələrində şəhərsalma mühitinin və həyat keyfiyyətinin daha da yaxşılaşdırılmasına təkan verməkdir.

 

“Memarlıq yalnız estetik gözəllikdən ibarət deyil, həm də mədəni irsimizin və gələcək nəsillərin yaşam mühitinin formalaşmasında əvəzsiz rol oynayır. Həmçinin memarlıq vasitəsilə şəhərlərin ruhu, tarixi dəyərlər və innovativ yanaşmalar birləşərək, unikal urbanistik məkanların yaranmasına şərait yaradılır. Hər il təşkil olunacaq bu mərasim memarlıq dünyasında yeni fikirlərin, qabaqcıl layihələrin və texnoloji yeniliklərin dəstəklənməsində mühüm vasitəyə çevriləcək, dövlət siyasətinə uyğun olaraq memarlığın və şəhərsalmanın təməl prinsiplərinin qorunmasına töhfə verəcək”. –  Anar Quliyev

 



Bütün xəbərlər