WUF13 öncəsi təşkil olunan Azərbaycan Şəhərsalma Kampaniyası (AUC2026) davam edir
Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində bu gün “Gender əsaslı təhlükəsiz və inklüziv şəhərlər” mövzusunda müzakirə keçirilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşəbbüsü ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Gender Hub Azerbaijan-ın birgə təşkilatçılığı ilə keçirilən tədbir şəhərsalmada gender bərabərliyi, qadınların şəhərsalma proseslərinə cəlb olunması məsələləri, gənclərin şəhər inkişafı proseslərində iştirakı ilə bağlı mövzuları əhatə edib, şəhər mühitinin təhlükəsizlik, inklüzivlik və mobillik baxımından əlverişliliyi müzakirə olunub.
Müzakirədə Komitə ilə yanaşı gender, dayanıqlılıq və inklüzivlik üzrə ekspertlər, UN-Habitat, BMT-nin Rezident Əlaqələndiricisi Ofisi və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Aparılan müzakirələr gender bərabərliyi əsaslı şəhərsalma sahəsində gələcək əməkdaşlıq üçün ilkin zəmin yaradıb və gələn ilin may ayında Bakıda baş tutacaq WUF13 kontekstində mövzunun aktuallığını bir daha ön plana çıxarıb.