Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Anar Quliyev Beynəlxalq Maliyyə Korporasiyası ilə “yaşıl” tikinti sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib
Anar Quliyev Beynəlxalq Maliyyə Korporasiyası ilə “yaşıl” tikinti sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib

Sentyabrın 4-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) regional direktoru İnes Roçanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Komitə sədri nümayəndə heyətini salamlayaraq BMK ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb, “yaşıl” tikinti sahəsində aparıcı qlobal təcrübənin öyrənilməsi və Azərbaycanda tətbiqi üçün növbəti birgə addımların atılmasının vacibliyinə diqqət çəkib. Eyni zamanda tikinti layihələrinin “yaşıllaşdırılmasını” və karbon emissiyasının minimuma endirilməsini təşviq edəcək müvafiq sertifikatlaşdırma işinin təşkili imkanları da önəmli müzakirə predmeti olub.

 

BMK-nın Avropa üzrə regional direktoru bu təşəbbüsləri dəstəkləməyə hazır olduqlarını qeyd edərək, Azərbaycanın ekoloji cəhətdən təmiz tikinti materialları və aşağı karbonlu binaların təşviqi sahəsində səylərini yüksək qiymətləndirib. O, həmçinin BMK-nın dəstəyi ilə dünyanın 96 ölkəsində reallaşdırılan “yaşıl bina” layihəsi ilə bağlı qazanılmış qabaqcıl təcrübəni Azərbaycanla da bölüşmək istədiklərini bildirib.

 



Bütün xəbərlər