Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Rusiyanın Sverdlovsk vilayətinin nümayəndə heyəti ilə görüş keçirilib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Rusiyanın Sverdlovsk vilayətinin nümayəndə heyəti ilə görüş keçirilib

12 sentyabr 2019-cu il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr Naziri Vasili Kozlovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Rusiya biznes nümayəndələrinin də iştirak etdiyi görüşdə ikitərəfli hökumətlərarası və işgüzar əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi vurğulanmış, yeni qarşılıqlı əməkdaşlıq layihələri üçün imkanlar ətraflı müzakirə edilmişdir.Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Anar Quliyev Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında son illər ərzində aparılan sosial-iqtisadi islahatlar, şəhərsalma və memarlıq sahəsində dövlət siyasəti, habelə tikinti sektorunda münbit biznes mühitinin təmin edilməsi, Komitə tərəfindən reallaşdırılan əsas layihələr barədə qonaqlara ətraflı məlumat verdi.Öz növbəsində, Sverdlovsk vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr Naziri Vasili Kozlov Bakının sürətli inkişafının, aparılan geniş quruculuq işlərinin onu və həmkarlarını heyran etdiyini bildirərək, paytaxtın zəngin tarixi-memarlıq irsinin qorunması və eyni zamanda müasir şəhərsalma layihələrinin uğurla reallaşdırılması proseslərini yüksək qiymətləndirdi, bu sahədə qarşılıqlı təcrübə mübadiləsi üçün daha sıx əməkdaşlığın təşkil olunmasını təklif etdi. Görüş çərçivəsində, həmçinin, Rusiyanın Sverdlovsk vilayətini təmsil edən sahibkarlar təqdimatlarla çıxış etdi, iş adamlarının Azərbaycanda şəhərsalma fəaliyyəti və əməkdaşlıq imkanlarına dair sualları cavablandırıldı.

 



Bütün xəbərlər